Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin istintaq təcridxanasına telefon keçirilməsinin qarşısı alınıb.
Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan Həsənbala Sərdar oğlu Tahirovun yanına qısamüddətli görüşə gəlmiş dostu, Bakı şəhər sakini Cavad Raqib oğlu Cavadzadənin üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan “ARKO MEN” üzqırxan gelin içərisində gizlədilmiş, daxilində “Cin” danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd “Nar” danışıq kartı və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.
Cavid Cavadzadə Cinayət Məcəlləsinin 180.1 maddəsinə əsasən həbs edilib.
Fakt üzrə araşdırma aparılır.
Hacı Zeynalov