Bakının Nizami rayonunda avtomobillərdən oğurluq edən qrup zərərsizləşdirilib.
Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Elşad Əzizov, Adil Nəbiyev, Emil İbrahimov və Eldar Qarayev tutulublar.
Onlar yanvarın 14-də Sevda Əliyevaya məxsus avtomobildən 2 ədəd eynək oğurlayıblar, habelə yanvarın 24-də Natiq Əmirova, Səbuhi İsmayılova, Elman Qubaxanova, Ramil Hüseynova, Səfər Əlizadəyə və Cəmşid Cəfərova məxsus avtomobillərdən oğurluğa cəhd göstəriblər.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların yanvarın 19-na keçən gecə paytaxt sakini Raman Binnətova məxsus “Mercedes” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə mobil telefon oğurlamaları da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov