27 Yanvar 2015 15:30
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Cəlilabad şəhərində baş verən partlayışla bağlı açıqlama yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə yanvarın 26-da, saat 13 radələrində Cəlilabad şəhəri F.Əhmədov küçəsində qeydə alınıb. Mədinə Əliyevanın mənzilində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.

Nəticədə pəncərə şüşələri sınmış, 24 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, xəsarət almış Mədinə Əliyeva və əri Ərəstun Əliyev xəstəxanaya yerləşdiriliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər