28 Yanvar 2015 17:04
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində iki azyaşlının ölümündə təqsirli bilinən Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Pərviz Heydərovun cinayət işi üzrə məhkəmə başa satıb.

Teleqraf.com xəbər verir ki, Suraxanı rayonu Hövsan-Zığ yolunda Pərviz Heydərov idarə etdiyi “İSUZU” markalı maşınla, 25 yaşlı Pünhan Ağayevin idarə etdiyi “VAZ 21-06” markalı maşın toqquşub.

Nəticədə, Pərviz Ağayev və maşınında olan sərnişinlər – 13 yaşlı Şahnaz Əhmədova və 10 yaşlı Elmar Əhmədov yerindəcə keçiniblər. Uşaqların anası 36 yaşlı Könül Əhmədova və “İSUZU” markalı avtomobilin sürücüsü Pərviz Heydərov xəstəxanaya yerləşdiriliblər.

Aparılan araşdırma zamanı Pərviz Heydərov un yol qəzasının törədilməsində günahkar bilinib və onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydasını pozmaqla ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Heydərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Pərviz Heydərov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Pərviz Heydərovun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər