28 Yanvar 2015 17:44
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ildə həyаtа kеçirilmiş əməliyyаt-ахtаrış tədbirləri nəticəsində insan alveri ilə bağlı 23 cinayət işi üzrə 105 fakt müəyyən edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.

Məlumata görə, həmin faktların 97-si insan alveri, 5-i məcburi əmək, əlavə olaraq 3 fakt insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı olub. İnsan alveri və məcburi əmək cinayətləri törətdiklərinə görə 26 şəxs (18 qadın, 8 kişi) cinayət məsuliyyətinə cəlb edilib və insan alveri qurbanı olaraq 54 nəfər (51 qadın, 3 kişi, onlardan 3-ü əcnəbi şəxs) müəyyən edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər