28 Yanvar 2015 18:05
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il insan alveri ilə məşğul olan 9 cinayətkar qrup və 1 mütəşəkkil dəstə ifşa edilərək zərərsizləşdirilib, istintaqı tamamlanan 23 cinayət işi məhkəmə orqanlarına göndərilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib. Məlumata görə, 21 insan alverçisi barədə ittihamedici hökm çıxarılıb.
2014-cü ildə həyаtа kеçirilmiş əməliyyаt-ахtаrış tədbirləri nəticəsində ictimai mənəviyyat əleyhinə cinayətlərlə bağlı Baş İdarədə 139, Respublika polis orqanlarında 37, ümumilikdə 176 cinayət faktı qeydə alınıb.

Hesabat dövründə 25-i insan alveri, 26-sı isə Cinayət Məcəlləsinin 171, 243, 244-cü maddələri üzrə 51 təqsirləndirilən şəxs axtarışda olub. Onlardan 35-i, o cümlədən 12 insan alverçisi tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib. Hazırda axtarışda qalan təqsirləndirilən şəxslərin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər