Türkiyədə lisey şagirdi 14 yaşlı H.Ü. adlı qıza təcavüz edənin məhkəməsi yekunlaşıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə 2011-ci ildə baş verib.14 yaşlı qızla R.K-nı ortaq dostları tanış edib. Onlar arasında romantic münasibət yaranıb və bir neçə dəfə R.K-nin evində cinsi əlaqədə olublar.
Oğlanın qızın qollarını zəncirlə bağladığı da iddia olunub. Uşaq psixiatrının veridiyi hesabata görə, zərərçəkmiş psixi pozğunluq keçirib.
İddia ərizəsində qeyd edilib ki, zərərçəkmişin zəncirlə bağlanması onun fiziki və ruhi sağlamlığını pozub.
Məhkəmə şübhəli R.K-nı “Fiziki və ruhi sağlamlığı pozulacaq şəkildə cinsi istismar”dan,“Cinsi məqsədli uşağı azadlıqdan məhrumetmə” və “Təhqir” ittihamları ilə 15 il 3 ay 3 gün həbs cəzasına məhkum edib.
Rüstəm