30 Yanvar 2015 13:40
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhər Məhkəməsi tərəfindən inzibati qaydada həbs olunan Tahir Ağayevin çoxsaylı cinayətləri aşkar olunub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il oktyabrın 19-da soyğunçuluq yolu ilə Nabat Xalıqovanın 100 manatını və məişət əşyasını, eləcə də yanvarın 7-də Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Ələviyyə Qurbanovaya zor tətbiq edib 50 manat və 100 ABŞ dollarını, habelə mobil telefonunu və sənədini alması da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər