30 Yanvar 2015 17:35
1 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb.

Hərbi Prokurorluğun vəzifə borclarını layiqincə yerinə yetirən 19 işçisinə respublika hərbi prokurorunun əmrinə əsasən məharət dərəcələri verilib”.

Teleqraf.com xəbər verir ki, bu barədə ötən ilin yekunları ilə bağlı keçirilən geniş kollegiya iclasında çıxış edən hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.

Xanlar Vəliyev qeyd edib ki, baş prokurorun müvafiq əmrləri ilə 34 işçi vəzifədə irəli çəkilib, xidməti fəaliyyətlərində fərqlənmiş 77 əməkdaş həvəsləndirilib, 57 işçi müxtəlif medallarla təltif olunub, 24 əməkdaşa rütbələr verilib, 14 işçi intizam məsuliyyətinə cəlb edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər