2 Fevral 2015 10:47
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində özünü hüquq müdafiəçisi kimi təqdim edərək dələduzluq etməkdə təqsirli bilinən Rasim Əlizadənin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Rasim Əlizadənin barəsində çıxarılan hökm ləğv edilib və cinayət işi yenidən araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Əlizadə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Rasim Əlizadə Astara rayonunda bir vətəndaşı həbsdən azad etdirmək adı ilə onun ailəsindən 15 min manat alaraq dələduzluq edib. Rasim Əlizadənin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: