2 Fevral 2015 15:50
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki Penitensiar müəssisəsində qadağan olunmuş əşyalar aşkar edilib.

Bu barədə Teleqraf.com-a Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Şəki Penitensiar müəssisəsində Mühafizə taborunun əməkdaşları tərəfindən müəssisənin mühafizəsində olan daxili iz zolağında 1 ədəd bükülüdə xalis çəkisi 8,89 qram olan narkotik vasitə - marixuana, 2 ədəd bükülüdə daxilində “Nar” danışıq kartı olan “Nokia” markalı mobil telefon aparatı və daxilində “Cin” danışıq kartı olan “Nokia” markalı mobil telefon aparatı və 2 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: