İngiltərənin "Tottenhem" komandasının futbolçusu İves Bissuma qarət olunub.
Teleqraf.com xəbər verir ki, hadisə Fransanın Kann şəhərində yaşanıb.
27 yaşlı yarımmüdafiəçi bazar günü səhər ailəsi ilə qaldığı otelin qarşısında iki naməlum şəxsin hücumuna məruz qalıb.
Malili futbolçu şikayəti zamanı polislərə bildirib ki, onun gözünə gözyaşardıcı qaz vurduqdan sonra 260 min avro dəyərində olan qol saatını oğurlayıblar.
Fransa polisi faktla bağlı araşdırma aparır.