5 İyun 20:08
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şuranın üzvü Tofiq Yaqublu ilə birlikdə jurnalist Elnur Vaqif oğlu Məmmədov da mühakimə edilir.

Teleqraf.com xəbər verir ki, Elnur Məmmədovun da barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Elnur Məmmədov Tofiq Yaqublu ilə birlikdə mühakimə ediləcək.

Hər iki şəxsin işinə eyni icraatda hakim Əli Məmmədovun sədrlik etdiyi kollegiyada baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələki məlum deyil.

***

18:21

Milli Şuranın üzvü Tofiq Yaqublunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əli Məmmədovun icraatına verilib.

Qeyd edək ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər