Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının avtomobili satışa çıxarılıb.
Teleqraf.com xəbər verir ki, meyxana ustadının "Niva" markalı avtomobili 17 min manata satılır. Avtomobil ötən gün satılması üçün "Hövsan" maşın bazarına gətirilib.
Qeyd edək ki, qətl hadisəsi həmin avtomobildə baş verib.
Xatırladaq ki, Rəşad Dağlı Bakı Ağır Cinayətlıə Məhkəməsinin hökmü ilə 9 il 6 azadlıqdan mərhum edilib.
İttiham aktında qeyd edilib ki, əvvəllər dəfələrlə məhkum edilmiş İsgəndər Mehdiyev Rəşad Dağlı haqqında təhqir xarakterli ifadələr səsləndirib, təhqirlərin dayandırılması üçün ondan 3000 manat pul tələb edib. Bundan sonra Rəşad Dağlı Biləcəri qəsəbəsində yerləşən mağazadan bıçaq alıb. Noyabrın 8-dən 9-na keçən gecə Rəşad Dağlı İsgəndər Mehdiyevin yaşadığı evin qarşısına gələrək, onu maşınına mindirib, onlar birlikdə gediblər. Hadisə də avtomobilin içində, Qaradağ rayonu, Lökbatan dairəsi adlanan ərazidə baş verib.
Qeyd edək ki, Rəşad Dağlının qətlə yetirdiyi İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O, təxminən hadisədən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.
İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.
Rəşad Əmirov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.Rəşad Dağlıya Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə də ittiham verilib.