Evdə başqa kişi ilə görüşdüyü üçün bacısını bıçaqlayan şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində baş verib.
Suriya əsilli A. Ammar işdən çıxıb evə gedərkən yad birinin onlardan çıxdığını görüb. Bu zaman əsəbləşən A.Ammar mətbəx bıçağı ilə özündən böyük bacısı A.Rahafı bıçaqlayıb.
Hadisədən sonra o evdən qaçsa da, polislər onu yaxalaya biliblər.