12 İyun 10:58
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Abzas Media” işi çərçivəsində saxlanılan Sevinc Vaqifqızının barəsində seçilmiş həbs qətimkan tədbirini uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə Sevinc Vaqifqızının həbs müddəti 3 aya qədər artırılıb.

Bundan başqa, “Abzas Media”nın direktoru Ülvi Həsənlinin də həbs müddəti 3 aya qədər artırılıb.

Qeyd edək ki, istintaq orqanını irəli sürdüyü ittiham üzrə Sevinc Vaqıfqızı və Ülvi Həsənli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçalmalçılıq) maddəsi ilə təqsirli bilinirlər.

Həm Sevinc Vaqifqızı, həm də Ülvi Həsənli özlərini təqsirli bilmir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər