15 İyun 01:15
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşıdı Rəşid İmamovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Məlumatda deyilir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Əsədov Rəhim İsmayıl oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb. Hadisənin, ilkin məlumata görə, şəxsi münasibətlər zəminində baş verdiyi vurğulanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün axşam saatlarında Bakının Sabunçu rayonunda 18 yaşlı gənc Rəşid İmanova boğaz nahiyəsindən arxadan bıçaq xəsarəti yetirilib.


Müəllif: Teleqraf.com