Sabunçu rayon prokurorluğunda Balaxanı qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə Teleqraf.com-a Sabunçu rayon prokurorluğundan bildirilib.
“İyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib”, – məlumatda qeyd olunub.
Bildirilib ki, faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
“Rəhim Əsədov iş üzrə şübhəli şəxs qismində tutulub”, – rayon prokurorluğu əlavə edib.
Xatırladaq ki, ötən gün şəxsi münasibətlər zəminində baş vermiş insidentdə 18 yaşlı gənc qətlə yetirilib.