17 İyun 19:39
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskva şəhərində “Reuters” agentliyinin prodüseri Konstantin Qabov barəsində seçilmiş qətimkan tədbirindən apellyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, apellyasiya şikayətinə Moskva Şəhər Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyası baxıb.

Məhkəmə apellyasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, Moskvanın Basmannı rayon məhkəməsi təqsirləndirilən Konstantin Vasilyeviç Qabovun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

İstintaqın fikrincə, Qabov “Navalny LIVE YouTube” kanalında dərc üçün foto və video materialların hazırlanmasında iştirak edib.

Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə (ekstremist birlikdə iştirak) ittiham olunur.


Müəllif: Arzu

Oxşar xəbərlər