25 İyun 20:58
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il qızını Almanyadan Türkiyəyə qaçıran və onu hava limanında 18 saat girov saxlayan ata barəsində məhkəmə qərar verib.

Teleqraf.com xəbər verir ki, məhkəmə 35 yaşlı atanı azyaşlı uşağı qaçırmaq, qəsdən yaralamaq və silah saxlamaqda təqsirli bilərək 12 il müddətinə azadlıqdan məhrum edib.

Xatırladaq ki, 35 yaşlı ata dörd yaşlı qızını 2023-cü ilin noyabr ayında Ştatde şəhərindəki anasının evindən qaçıraraq maşını ilə Hamburqda yerləşən "Helmut Şmidt" hava limanına aparıb. Burada hava limanının üç baryerini keçib, polisə isə üzərində bomba olduğunu bildirib. Sonra təqsirləndirilən ata silahla avtomobildən havaya dəfələrlə atəş açıb. O, Türkiyəyə getməsi üçün ona təyyarə verilməsini tələb edib.

Saxlanılan şəxsdən bıçaq, 22 güllə, gözyaşardıcı qaz spreyi və mühafizəsi açılmış tüfəng götürülüb.


Müəllif: Arzu