14 May 2014 17:07
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Tahir Bağırov və Əlzamin Çərkəzovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Abşeron rayonunda iki naməlum şəxs qara maskada Xırdalan şəhərində anbarlardan birinin inzibati binasına daxil olub və orada xəzinədar işləyən Bakı sakinləri Yaşar Məmişov və Eldəniz Yusifovu tüfənglə hədələyərək 115 min 692 manat götürüb, üzərində dövlət qeydiyyat nişanı olmayan “VAZ 21 07” markalı avtomobillə hadisə yerindən uzaqlaşıblar.

Görülən zəruri əməliyyat tədbirləri nəticəsində quldurluq edən Bakı şəhər sakini Tahir Bağırov və Bərdə rayon sakini Əlzamin Çərkəzov tutulublar.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov


Müəllif: