5 Fevral 2015 07:59
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə Bakının Xətai rayonunda qeyri-adi yol qəzası baş verib.

Teleqraf.com-un məlumatına görə, Babək prospektində qeydə alınan qəzada sürücü öz maşınını yandırıb. Belə ki, prospektlə hərəkət edən "Chevrolet" markalı avtomobillə "Mercedes" toqquşub.

Hələlik kimliyi məluma olmayan "Chevrolet"in sürücüsü qəzadan sonra maşındakı ehtiyat yanacağı avtomobilin üzərinə tökərək yandırıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Xətai Rayon Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanan maşın tez bir zamanda söndürülüb.

Əraziyə gələn polis əməkdaşları maşınına od vurub yandıran sürücünü qaçmaq istəyərkən saxlayıblar. Sürücü ifadəsinin alınması üçün Xətai Rayon Polis Şöbəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır. /APA/


Müəllif: