18 İyul 11:35
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdə vəfat edən Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin müsadirə edilmiş əmlaklarını geri qaytarılması barədə ailə üzvlərinin verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Ali Məhkəmə eyni məsələ ilə bağlı yekun qərar verib.

Nizaməddin Quliyevin hüquqi varisi 600 min manatlıq əmlakın müsadirədən azad edilməsini istəyirdi.

Məhkəmə hüquqi varisin istəyini əsaslı hesab etməyib.

Qərara əsasən üzərinə həbs qoyulmuş əmlakların dövlət nəfinə müsadirəsi qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, N. Quliyev 2019-cu ildə müavini Ramiz Tatarovla birgə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdi. Mənimsəmə, rüşvət alma kimi cinayətlərdə təqsirli bilinən eks icra başçısı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü il 8 il 6 ay azadlıqdan məhrum edilib. Hökmə əsasən üzərinə həbs qoyulmuş əmlaklar müsadirə edilib. Onun vəfatından sonra Gəncə Apellyasiya Məhkəməsi əmlaklarını müsadirədən azad edib.

Sonradan prokurorun protesti əsasında Ali Məhkəmə qərarın əmlakların müsadirədən azad edilməsi hissəsi ləğv edilib. Gəncə Apellyasiya Məhkəməsi təkrar baxışda əvvəlki qərarını pozub, əmlakların yenidən müsadirəsinə qərar verib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər