Qvineyanın sabiq prezidenti Mussa Dadis Kamara 20 il müddətinə azadlıqdan məhrum edilib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, o, təxminən 15 il əvvəl, 2009-cu il sentyabrın 28-də paytaxt Konakridəki stadionda 150-dən çox insanın qətlə yetirilməsində təqsirli bilinib.
Qeyd olunur ki, prokurorluq Qvineyanın eks-liderinə ömürlük həbs cəzası istəyib. 60 yaşlı Kamara ilə birlikdə əvvəllər ölkənin keçmiş prezidentinin və o zamankı hökumətinin yaxın çevrəsində olan daha 11 nəfər də hakim qarşısına çıxarılıb.
Məhkəmə onlardan yeddisini təqsirli bilərək onları 10 ildən 18 ilədək azadlıqdan məhrum edib.