1 Avqust 21:20
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çelyabinsk vilayətinin Yemanjelinsk şəhərində bir nəfəri qaçıraraq onun buraxılması üçün yaxınlarından pul tələb edən iki azərbaycanlı saxlanılıb.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, məhkəmə adam oğurluğu və hədə-qorxu ilə pul tələb etmək işi üzrə təqsirləndirilən şəxslərin barəsində həbs qərarı verib.

Qeyd edilib ki, şübhəlilər 2024-cü il iyulun 29-da axşam saatlarında Çelyabinsk vilayətinin Yemanjelinsk şəhərinin Engels küçəsindəki 17 saylı evin yaxınlığında Tacikistan Respublikasının 23 yaşlı vətəndaşını avtomobillə qaçırıblar. Bundan sonra gəncin birgə yaşadığı qadını hədələyərək ondan 500 min rubl verməsini tələb ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər