2 Avqust 23:16
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili barəsində məhkəmə qərar qəbul edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsinin hakimi Mixail Cindcoliya Mixail Saakaşvilinin sərhədi qanunsuz keçmək ittihamı üzrə həbs edilməsinə qərar verib.

Xəbərdə qeyd edilib ki, hakim Mixail Cindcoliya prokurorun bu iş üzrə sübutların yenidən tədqiq edilməsi barədə vəsatətini təmin edib.

Qeyd edək ki, sabiq prezident Mixail Saakaşvili 29 sentyabr 2021-ci ildə gizli şəkildə Gürcüstana gedib. Oktyabrın 1-də o, Tbilisidə saxlanılıb, bundan sonra Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib və orada aclıq aksiyasına başladığını elan edib.

Gürcüstanda Saakaşvili bir neçə cinayət işi üzrə məhkəmə prosesindən keçir. O, öz həbsini qanunsuz, ona qarşı irəli sürülən ittihamları isə saxta hesab edir.


Müəllif: Arzu

Oxşar xəbərlər