8 Avqust 01:35
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Baş Prokurorluğu nifrət və düşmənçilik yaymaqda ittiham olunan Ukraynanın Qazaxıstan Respublikasındakı keçmiş səfiri Pyotr Vrublevskinin işini məhkəməyə göndərib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

İşə Moskvanın Basmannı rayon məhkəməsi qiyabi baxacaq. Pyotr Vrublevski beynəlxalq axtarışa verilib və qiyabi həbs edilib.

Səfir 2022-ci ilin avqustunda "Vrublevski" nəşrinə müsahibəsində bütün dünyada mümkün qədər çox rusu məhv etməyə çağırıb.

Bu sözlərdən sonra Vrublevski Qazaxıstanda arzuolunmaz status alıb və Ukrayna onu geri çağıraraq yerinə yeni diplomat təyin edib. Fevralın 5-də Rusiya keçmiş diplomatı ekstremistlər və terrorçular siyahısına əlavə edib .


Müəllif: Arzu

Oxşar xəbərlər