AXCP sədri Əli Kərimlini partiya üzvlüyündən xaric edilmiş Əliyev Aydın Sədətqulu oğlu məhkəməyə verib.
Teleqraf.com-un məlumatına görə, 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan Aydın Əliyev AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə partiya sıralarından uzaqlaşdırılıb.
***
AXCP sədri Əli Kərimli barəsində məhkəməyə xüsusi ittiham qaydasında şikayət verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Əli Kərimli özü məlumat yayıb.
O bildirib ki, iş üzrə məhkəmənin hazırlıq iclası 13 avqust, saat 11:00-da Nəsimi Rayon Məhkəməsində olacaq.
Məlumata görə, xüsusi ittiham Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədardır.