10 Avqust 00:21
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyasətçi Boris Nemtsovun qətlində təqsirli bilinən Temirlan Əsgərxanov həbsdən azad edilib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, o, Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb.

Siyasətçi Boris Nemtsovun qətlində təqsirli bilinən Temirlan Əsgərxanov 2024-cü ilin martında əfv olunaraq həbsdən azad edilib. O, hazırda Şimal-Qərb Hərbi Dairə zonasında döyüş tapşırıqlarını yerinə yetirir. Keçmiş məhkumla müqavilə bir il müddətinə bağlanıb.

Rusiya Baş nazirinin keçmiş müavini Boris Nemtsov 2015-ci il fevralın 27-də axşam saatlarında öldürülüb. Hadisədən sonra Azor və Şadid Qubaşevlər, Temirlan Əsgərxanov, Həmzət Baxayev və Zaur Dadayev saxlanılıblar .


Müəllif: Arzu

Oxşar xəbərlər