İngiltərədə müsəlman avtobus sürücüsünü təhqir edib, ona tüpürən şəxs barsində məhkəmə qərar verib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, təqsirləndirilən şəxs 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə avqustun 7-də baş verib. Baş verənlərlə bağlı görüntü sosial şəbəkələrdə paylaşıldıqdan sonra İngiltərə Prokurorluğu məsələyə qarışıb.