27 Avqust 19:31
1 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 24-də saat 22:30 radələrində Siyəzən rayonunda 28 yaşlı Mustafazadə Şəbnəm Ənvər qızı kəsici alətlə qətlə yetirilib.

Teleqraf.com xəbər verir ki, Şəbnəm “Siyəzən broyler” ASC-də mühasib köməkçisi kimi çalışıb.

O, ali təhsilli, müxtəlif intellektual bilik yarışmalarının iştirakçısı və qalibi olub.

Bakı Dövlət Universitetinin tarix fakültəsini əla qiymətlərlə bitirib.

Qeyd edək ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı 21 yaşlı Səfər Mustafazadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər