30 Avqust 13:58
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş separatçı rejimin son başçısı Samvel Şahramanyana qarşı Ermənistanda yeni cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Cinayət işi ilə tanış olan erməni nəşri yazır ki, separatçı “xidməti avtomobil”ini Ermənistan hökumətinə təhvil verməkdən imtina edərək onu mənimsəyib. Söhbət iyunun əvvəlində separatçıların İrəvandakı “nümayəndəliyinin” həyətindən xüsusi təyinatlılar tərəfindən müsadirə edilən “Toyota Camry” markalı avtomobilindən gedir.

Ermənistan İstintaq Komitəsindən bildirilib ki, müsadirə qərarı ilin əvvəlində vacib halları aşkar etmək üçün başlanmış cinayət işi ilə bağlıdır. Məsələ həm də Şahramanyanın mühafizəçisi Aşot Danielyanla əlaqəlidir. Fevral ayında o, narkotik saxlamaq və satmaqda şübhəli bilinərək həbs olunub. Amma sonra Danielyan sərbəst buraxılıb, ona qarşı ittiham irəli sürülməsə də, proses davam edir.

Şahramanyanın vəkili Roman Yeritsyan avtomobilin qaytarılması üçün prokurora şikayət ərizəsi yazsa da, bu tələbləri təmin olunmayıb.

“Hraparak” hesab edir ki, Şahramanyana qarşı başlanmış cinayət işi sifarişlidir, Nikol Paşinyan hökuməti separatçıların İrəvandakı “nümayəndəliyini” tanımır və onların “xidməti avtomobillər”lə hərəkətlərini istəmir. Ötən il Şahramanyana kortejlə hərəkət etmək qadağan olunub. Mənbə onun həbs ediləcəyini istisna etmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər