10 Fevral 2015 16:48
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda xuliqanlıq ittihamı ilə həbs olunan şəxslərin başqa cinayətləri üzə çıxıb.

Bu barədə Teleqraf.com-a Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, fevralın 8-də xuliqanlıq etdiklərinə görə tutulmuş Şəhriyar Mirzəyev və Kamil Qaraxanovun ətrafında 12-ci polis bölməsində araşdırma aparılıb.

Onların yanvarın 31-də Pərvin Yusifovun evindən 20000 rubl və mobil telefon oğurlamaları, yanvarın 13-də Şəhriyar Mirzəyevin isə Fərqanə Rzayevaya məxsus mağazadan tütün məmulatı və danışıq kartları oğurlamaları da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: