10 Fevral 2015 17:47
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ər və arvadım ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Elmir Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Teleqraf.com xəbər verir ki, Nizami rayonu Babək prospektində “VAZ-21114” markalı avtomobillə yolu keçən Qazax rayon sakinləri Vüqar Mustafayev və həyat yoldaşı Tünzalə Mustafayeva vurulub. Onlar hadisə yerində ölüblər.

Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Elmir Mehrəliyev tutulub.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Elmir Mehrəliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.


Hacı Zeynalov


Müəllif: