11 Fevral 2015 01:40
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdabda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com-un məlumatıa görə, hadisə bu gün axşam saat 19:30 radələrində Ucar-Zərdab magistral yolunun Zərdab rayonundan keçən hissəsində qeydə alınıb.

“Niva” markalı avtomobil ilə “Mercedes” markalı minik maşını toqquşub. Nəticədə Zərdab rayon sakinləri Elnur Babaş oğlu Mustafayev, Yusif Sədiyar oğlu Qasımov, Əhməd Amin oğlu Mikayılov və Turan Şahid oğlu Fərəcov müxtəlif bədən xəsarətləri ilə Zərdab Mərkəzi Rayon xəstəxanasına gətiriliblər.

Xəstəxanadan verilən məlumata görə, yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanada gedən təmir işləri ilə əlaqədar olaraq onlar ən yaxın məsafədə olan Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər.

Hadisənin baş vermə səbəbi Zərdab Rayon Polis Şöbəsində araşdırılır. /APA/


Müəllif: