8 Oktyabr 09:00
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kurskda İtaliyanın "TG1" telekanalının əməkdaşları Stefaniya Battistini və Sudjada reportaj çəkən Simoni Trayini qiyabi həbs edilib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Kursk vilayət məhkəməsi öz "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, jurnalistlərə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322-ci maddəsinin 3-cü hissəsi (“Rusiya Federasiyasının dövlət sərhədini qanunsuz keçmə”) ilə qiyabi ittiham irəli sürülüb.

Onlar Rusiya ərazisində saxlandıqları andan və ya ekstradisiya edildiyi andan həbs olunacaqlar.


Müəllif: Arzu

Oxşar xəbərlər