8 Oktyabr 16:20
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda ailəsinin beş üzvü qətlə yetirməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun cinayət işi üzrə bu gün növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçən prosesdən sonra təqsirləndirilənin vəkili Sənan Hüseynov mediaya açıqlama verib.

O bildirib ki, prosesin qapalı keçirilməsi barədə qərar qəbul edilib. Vəkil qeyd edib ki, bu, zərərçəkmiş şəxslərin hüquqi varislərinin təhlükəsizliyi ilə bağlıdır.

Vəkil deyib ki, iclasda təqsirləndirilən şəxsin hüquqi varisləri və şahidlər dindirilib. O, həmin şəxslərin ifadələri ilə bağlı açıqlama verməyib.

Növbəti iclas oktyabrın 10-da davam edəcək.

***

16:08

Bakının Xətai rayonunda ailəsinin beş üzvünü qətlə yetirməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun cinayət işi üzrə bu gün növbəti məhkəmə prosesi başlanıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində prosesə hakim Səbinə Məmmədzadə sədrlik edir.

Açıq məhkəmə iclası keçirilsə də, prosesdə media nümayəndələrinin iştirakı təmin olunmayıb. Bununla bağlı heç bir əsas göstərilməyib.

İclasın şifahi olaraq qapalı keçirildiyi iddia edilib, amma rəsmi olaraq belə bir qərar elan olunmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər