Bakının Nizami rayonunda kababçını qətlə yetirməkdə təqsirli bilinən Rəhman Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib.
Rəhman Qəhrəmanov 17 il müddətində azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin aprelində Keşlə qəsəbəsində baş verib.
1990-cı il təvəllüdlü Rəhman Qəhrəmanov aralarında yaranmış mübahisə zamanı tanışı Anar Quliyevə bıçaqla xəsarət yetirib. Yaralı müalicə aldığı xəstəxanada ölüb. O, Keşlə qəsəbəsində kababçı işləyib. Rəhman Qəhrəmanov kabab alarkən ona irad bildirib və tərəflər arasında mübahisə yaşanıb.
Küçədə rastlaşanda onların arasında yenidən mübahisə düşüb və məlum hadisə baş verib.
Rəhman Qəhrəmanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci( xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.