14 Noyabr 00:57
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın Hərbi Məhkəməsi dələduzluq işi üzrə saxlanılan azərbaycanlı hüquqşünas, sabiq vəkil Elman Paşayevin həbs müddətini iki ay uzadıb.

Teleqraf.com xəbər verir ki, Paşayevlə bağlı həbs müddəti 2025-ci il yanvarın 15-dək uzadılıb.

Bildirilib ki, müvafiq vəsatət məhkəməyə Rusiya Federasiyası İstintaq Komitəsinin hərbi istintaq orqanlarının əməkdaşları tərəfindən göndərilib.

Xatırladaq ki, sabiq vəkil 2024-cü ilin sentyabrında Moskvada saxlanılıb. Rusiya İstintaq Komitəsi Paşayevə qarşı Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi ilə (xüsusilə külli miqdarda dələduzluq) cinayət işi açıldığını, onun 300 min dollar və 18,5 milyon rubl qarşılığında bloqer Aleksey Blinovski və həyat yoldaşını cinayət təqibindən azad edəcəyinə söz verdiyini bildirib. O, sentyabrın 18-i Moskvada istintaq təcridxanasına göndərilib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər