Rusiyanın Saratov vilayətinin Marks şəhərində erməni sürücü münaqişə zamanı odlu silahdan ətrafa atəş açıb.
Teleqraf.com xəbər verir ki, “Oka” markalı avtomobilin sürücüləri Qələbə Parkı yaxınlığında Rubik Akopyanın idarə etdiyi “Land Cruiser”i ötməyə çalışıblar.
Bu zaman tərəflər arasında münaqişə yaranıb. Akopyan "Oka"dakı şəxslərə atəş açıb və sonra “Land Cruiser”ini yaxınlıqda qoyaraq qaçıb.
Yaralılardan biri hadisə yerində ölüb, digəri xəstəxanaya yerləşdirilib.