24 Noyabr 23:12
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun Büyükçekmece rayonunda ailə faciəsi yaşanıb.

Teleqraf.com xəbər verir ki, Bahadır Aladağ adlı şəxs evdə ata və anasını, daha sonra isə baldızını və yaxın dostunu qətlə yetirib.

Valideynlərini yaşadıqları evdə qətlə yetirən Aladağ Əsənyurdda baldızının, Avcılarda isə bərbər dostunun həyatına son qoyub.

Bundan əlavə, qatilin 2 nəfərə də ağır xəsarət yetirdiyi bildirilib.

Aladağ sonda özünü öldürüb.

Hadisənin səbəbi açıqlanmır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər