17 Fevral 2015 07:46
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 17-ə keçən gecə paytaxtın Səbail rayonunda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, 33 yaşlı Türkan Elçin qızı Hüseynova və onun qardaşı 24 yaşlı Elvin Hüseynli müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, döş qəfəsindən 4 bıçaq zərbəsi alan Elvin Hüseynli xəstəxanaya çatdırılarkən yolda keçinib. Türkan Hüseynova isə, xəsarətləri yüngül olduğundan ilkin yardımdan sonra evə buraxılıb.

Araşdırmalar zamanı məlum olub ki, hadisəni Türkan Hüseynovanın tanışı Rasim adlı şəxs törədib. Belə ki, evdə heç kim olmadığı zaman Rasim Türkanın yaşadığı mənzilə gələrək orada gizlənib. Türkan, Elvin və anaları evə gələndə Rasim özü ilə gətirdiyi bıçaqla onları vurub və qaçıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Müəllif: