17 Fevral 2015 14:02
16 646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Özbəkistan vətəndaşları cinsi istismara məruz qalıb. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini İradə Qənbərova həbs edilib.

Onun Özbəkistan vətəndaşları olan qadınları Bakı şəhərinə gətirərək cinsi istismara məruz qoyması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: