17 Fevral 2015 14:45
1 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda küçədən tapılan meyitin şəxsiyyəti müəyyən edilib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-də Mirqasımov küçəsi ev 7-nin qarşısında tapılmış meyitin şəxsiyyəti müəyyən edilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, meyit Biləsuvar rayon sakini Əlifağa Quliyevdir. Onun hansı səbəbdən ölməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: