17 Fevral 2015 17:17
1 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Səbuhi Məmmədov Novxanı qəsəbəsi ərazisində saxlanılıb.

Daxili İşlər nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, onun idarə etdiyi “Mitsubishi” markalı avtomaşından “Banketnaya”, “İzbuşka” və “Ambarnaya” markalı 218 ədəd spirtli içki götürülüb.

Həmin spirtli içkilər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib və onların saxta olması müəyyən olunub.

Araşdırmalarla üzərinə saxta aksiz markaları vurulmuş həmin spirtli içkilərin Xırdalan şəhərində yaşayan Kəlbəcər rayon sakini Vidadi Cümşüdovdan alınması müəyyən edilib və həyata keçirilmiş tədbirlərlə sonuncu da saxlanılıb.

Faktla bağlı toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.

Faktla bağlı araşdırmalar aparılır.

Hacı Zeynalov


Müəllif: