Hüquq müdafiəçisi Rüfət Səfərov Natiq İmamquliyev adlı şəxsin şikayəti əsasında saxlanılıb.
Teleqraf.com-un xəbərinə görə, o, şikayət edib ki, Rüfət Səfərov tərəfindən döyülüb.
Natiq İmamquliyev əlavə edib ki, Rüfətin atası Eldar Sabiroğludan torpağın bir qismini alıb.
Rüfət Səfərova AR CM-nin 178.3.2. (dələduzluq) və 221.1. (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Rüfət Səfərovu vəkil Bəhruz Bayramov müdafiə edir.
18:24
***
Hüquq müdafiəçisi Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Teleqraf.com-a bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub.
Faktla bağlı araşdırma aparılır.