5 Dekabr 2024 12:22
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımov və eyni cinayətə görə onunla mühakimə edilən Anar Əliyevin növbəti məhkəməsi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlanılması barədə qərar qəbul edilib.

Daha sonra dövlət ittihamçısı Fuad Musayev ittiham aktını elan edib.

Vəkil Nemət Kərimli Fazil Qasımovun müdafiəsinə qoşulub. Hakimlər onun işə qoşulması barədə qərar qəbul ediblər.

Daha sonra Fazil Qasımovun səhhəti pisləşib, buna görə prosesdə fasilə elan olunub.

Qeyd edək ki, Fazil Qasımov 1 il əvvəl həbs edilib. O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu FETÖ ilə əlaqəli olmaqda ittiham olunub. Qasımovla birgə ittiham olunan Qubad İbadoğlu ibtidai istintaq dövründə sərbəst buraxılıb. Onun işi üzrə istintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər