5 Dekabr 2024 19:02
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayevə qarşı zorakılığa görə saxlanılmış “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşviliyə qarşı "siyasi təqib" ittihamı irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.

Məlumata əsasən, aparılmış istintaqla müəyyən edilib ki, dekabrın 2-də Tbilisidə A.Elisaşvili GAMK sədri, “Gürcü Arzusu” partiyasının təsisçilərindən biri olan Ə.Babayevi siyasi motivlərə görə şifahi və fiziki təhqir edib.

İttihama görə müxalifətçini üç ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər