6 Dekabr 2024 18:56
1 397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətinin (DSX) ehtiyatda olan hərbi qulluqçusu, polkovnik-leytenant Ramil Şamil oğlu İbrahimov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

Onun sözlərinə görə, Hərbi Prokurorluğun İstintaq idarəsində araşdırılan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan hərbi qulluqçusu, polkovnik-leytenant Ramil Şamil oğlu İbrahimova Cinayət Məcəlləsinin 311.3.1-ci və 311.3.2-ci maddələri ilə ittiham elan edilib. Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək", - F.Əliyev bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər