18 Fevral 2015 23:46
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

~~Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə şəhər sakini, 1991-ci il təvəllüdlü Vüsalə Ramazanova ağır dərəcədə dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Dərhal tibbi yardım göstərilsə də vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib. Araşdırma zamanı məlum olub ki, V. Ramazanova yaşadığı evin vanna otağında çimərkən dəm qazından zəhərlənib.


Müəllif: